Yunan sindromu

İyulun 26-da komandamız Yunanıstan həmyaşıdları ilə qarşılaşdı.
Təəssüflər olsun ki, Xorvatiya üzərində inamlı zəfərdən sonra bir sıra obyektiv və subyektiv səbəbə görə millimiz toparlana bilmədi. Basketbolçularımız yunanlara yalnız 1-ci hissədə layiqli müqavimət göstərə bildilər 12:19. Qarşılaşmanın qalan hissələri rəqibin diktəsi altında keçdi. Təkrarlanan top itkiləri, 3 xallı atışların səbətdən yayınması komandamızın məğlubiyyəti ilə nəticələndi 29:66 (12-19,4-14,7-14,6-19)


