ABF Yay Kuboku 2020

 26.08.2020 - 14:59    3776
Kateqoriya: ÇEMPİONAT
  • 26 Avq 2020
  • 14:59
  •  3776
Avqustun 25-də Yeni Yasamalda yerləşən açıq basketbol meydançasında 3x3 basketbol üzrə kişilər arasında "ABF Yay Kuboku 2020" tuniri keçirildi. Yarışda Bakı və Gəncə şəhərlərini təmsil edən 8 komanda iştirak etmişdi: "Gəncə", "Bakı", "Bakı-2", "Alov", "AZFA", "Bulls", "100+" və "Poluxin döngəsi".
Komandalar olimpiya sistemi üzrə 2 qrupda (hər qrupda 4 komanda) mübarizə aparırdılar. Yarımfinalda "AZFA" komandası "100+" komandasına, "Bulls" komandası isə "Gəncə" komandasına qalib gələrək, finala yüksəldilər.
Turnirin  final oyununda "Bulls"komandası (Rüstəm Əliyev, Anton Belousov, Valeriy Ramazanov, Fuad Niftəliyev) "AZFA" komandasını (Zaur Paşayev, Fikrət Paşayev, Anar Hacıyev, Anar Sarıyev) sınağa çəkdi. Çox kəskin mübarizə şəraitində keçən final oyununun əsas vaxtında qalib müəyyən edilmədi 15-15. Əlavə vaxtda isə Fuad Niftəliyevlə Zaur Paşayevin oyun ərzində davam edən sərt qarşıdurması F.Niftəliyevin 2 xallıq həlledici atışı ilə nəticələnərək, "Bulls"u turnirin qalibi etdi 18-15.
"Bulls"komandasının kapitanı Fuad Niftəliyev turnirin MVP oyunçusu adına layiq görüldü. "ABF Yay Kuboku 2020" turnirinin finalınçıları Azərbaycan Basketbol Federasıyasının pul mükafatları ilə təltif edildilər.
         
         
 

ÇEMPİONAT