"Gəncə" zirvədə

 21.09.2020 - 12:51    2074
Kateqoriya: ÇEMPİONAT
  • 21 Sen 2020
  • 12:51
  •  2074

Sentyabrın 19-da Astaranın "Qamışoba" açıq basketbol meydançasında Azərbaycan Basketbol Federasiyasının və "Zirvə" Beynəlxalq İdman Klubunun təşkilatçılığı ilə 3x3 basketbol üzrə  "Astara Open 2020" turniri keçirildi.

Yarışın açılış mərasimində Astaranın İcra başçısı Qəzənfər Ağayev 27-ci Azərbaycan Çempionatının birincisi olan "Zirvə-Astara" komandasının kapitanı Zaur Paşayevə çempionat qalibinin kubokunu təqdim etdi.

Turnirdə Bakı, Gəncə, Astara və Cəlilabadı təmsil edən 10 komanda iştirak edirdi: "Bakı", "Gəncə Fires", "80"-lər (Bakı), "Poluxin döngəsi" (Bakı), AZFA (Bakı), "Alov" (Bakı), "100+" (Bakı), "Beastore Team" (Astara), "South" (Cəlilabad), "Wizards"(Cəlilabad).

Yarışınyarımfinal mərhələsində "AZFA" "Beastore Team"i (7-6) "Gəncə Fires" isə "Bakı"nı üstələdi (7-4). Finalda "Gəncə Fires" (Amil Həmzəyev, Polad Həsənov, Elşad Şirzadov) "AZFA"ilə (Zaur Paşayev, Fikrət Paşayev, Anar Sarıyev) üz-üzə gəldi. Çox kəskin qarşıdurma şəraitində keçən oyunda gəncəlilər rəqibi  1 xal fərqiylə məğlub edərək(19-18)" Astara Open 2020"in kubokunu qazandı.

 

14ae1c0f-db54-45f7-8f1f-8cb83cf9c8be 

119897185_3278787458842435_931420472112243183_o119953763_3278787738842407_4665730389634803362_o

119996244_3278789082175606_3176330002823596155_o

120004089_3278792745508573_1337029165820112611_o

ÇEMPİONAT