Milli Qəhrəman anıldı
Kateqoriya: ÇEMPİONAT

Sentyabrın 25-də Nərimanov rayonunda Azərbaycan Basketbol Federasiyası və rayonun Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilmiş 3x3 basketbol üzrə turnir keçirildi. Turnirdə yeniyetmə oğlanlardan ibarət 12 komanda iştirak edirdi. Qalib komandalar kubok və fəxri diplomlarla mükafatlandırıldılar.