XIX Azərbaycan çempionatının 4-cü turun nəticələri

20.12.2011
Dekabr ayının 17-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) dövrəsinin dördüncü turun oyunları keçirildi.
İlk qarşılaşmada"NTL-Tudor" 86 : 93 (12-15, 13-29, 26-39, 35-10) hesabıyla "Araz"-Naxçıvana məğlub oldu. Oyunda Tahir Baxşıyev ("Araz"-Naxçıvan) 23 xal, Amil Həmzəyev ("Araz"-Naxçıvan) 21 xal, Fəxrəddin Camalov ("NTL-Tudor") 19 xal, Anar sarıyev ("Araz"-Naxçıvan) 17 xal, Mehman Sadıxov ("NTL-Tudor") 17 xal, İsmayıl Məmmədov ("NTL-Tudor") 16 xal, Əli Məmmədov ("Araz"-Naxçıvan) 14 xal, Nahid Tağıyev ("NTL-Tudor") 12 xal, Anar Hacıyev ("Araz"-Naxçıvan) 11 xal.
İkinçi qarşılaşma çox marağli keçdi, "AZTOP" komandası "Qala"ya 72 : 79 (12-17, 15-20, 21-15, 24-27) hesabıyla uduzdu.
Üçuncü qarşılaşmada"Çağ Öyrətim" komandası BDU basketbolçularını 83 :48 (19-11, 23-16, 24-7, 17-14) hesabıyla uddu.
- "Araz"-Naxçıvan - 8 xal
- "Çağ Öyrətim" - 7 xal
- "NTL-Tudor" - 6 xal
- "Qala" BK - 6 xal
- "AZTOP" - 5 xal
- BDU - 4 xal






