XIX Azərbaycan çempionatının nəticələri (II dövrə 2-ci tur)

 01.10.2015 - 12:37    1117
Kateqoriya: ÇEMPİONAT
  • 01 Okt 2015
  • 12:37
  •  1117

28.01.2012

Noyabr ayının 28-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) ikinci dövrəsinin oyunları keçirildi.

İlk garşılaşmada "Araz"-Naxçıvan BDU-nin komandasını 147 : 54 (39-11, 44-16, 33-8, 31-19) hesabıyla məğlub etdi. Oyunda Amil Həmzəyev ("Araz"-Naxçıvan) 114 xal, Mirhüseyn Hüseynov (BDU) 21 xal, Anar Hacıyev ("Araz"-Naxçıvan) 11 xal, Orxan Alxasov (BDU) 11 xal, Əli Məmmədov ("Araz"-Naxçıvan) 10 xal toplayıblar.

Daha sonra "Qala" BK 68 : 53 (13-15, 23-10, 13-17, 19-11) hesabıyla "NTL-Tudor"u uddular. Oyunda Fuad Niftaliyev ("Qala" BK) 27 xal, Anar Sarıyev ("NTL-Tudor") 14 xal, Ruslan Qafurov ("NTL-Tudor") 13 xal, Zaur Quşanov ("Qala" BK) 10 xal toplayıblar.

Üçuncü garşılaşmada "Çağ Öyrətim"in basketbolçuları "AZTOP" komandasını 63 : 56 (16-15, 19-17, 10-16, 18-8) hesabıyla uddular. Oyunda Rufat Mahmudzadə ("Çağ Öyrətim") 18 xal, Araz Hacıyev ("AZTOP") 18 xal, Roman Motyuşenko ("Çağ Öyrətim") 15 xal, Fərid Əmirov ("Çağ Öyrətim") 13 xal, Anton Belousov ("AZTOP") 12 xal, Vladimir Skvortsov 11 xal toplayıblar.

4 Fevral - şənbə

14.00 "Qala" BK - BDU

15.30 "Araz"-Naxçıvan - "AZTOP"

17.00 "Çağ Öyrətim" - "NTL-Tudor"

ÇEMPİONAT