XIX Azərbaycan çempionatının nəticələri (II dövrə 3-ci tur)

 01.10.2015 - 12:39    1055
Kateqoriya: ÇEMPİONAT
  • 01 Okt 2015
  • 12:39
  •  1055

06.02.2012

Fevral ayının 04-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) ikinci dövrəsinin oyunları keçirildi.

İlk garşılaşmada "Qala" BDU-nin komandasını 111 : 38 (29-3, 15-10, 31-13, 36-12) hesabıyla məğlub etdi. Oyunda Rüstəm Əliyev ("Qala" BK) 31 xal, Bəxtiyar Ələkbərov ("Qala") 25 xal, Andrey Kondratyev ("Qala" BK) 13 xal, Emil Mirzoyev ("Qala" BK) 12 xal, Məhəmməd Məmmədov (BDU) 10 xal toplayıblar.

Daha sonra "Araz"-Naxçıvan 103 : 67 (29-14, 16-18, 34-18, 24-16) hesabıyla "AZTOP"u uddu. Oyunda Milovan Popoviç ("Araz"-Naxçıvan) 32 xal, Anton Belousov (AZTOP) 30 xal, Amil Həmzəyev ("Araz"-Naxçıvan) 22 xal, Anar Hacıyev ("Araz"-Naxçıvan) 19 xal, Tahir Baxşıyev ("Araz"-Naxçıvan) 16 xal toplayıblar.
Üçuncü garşılaşmada "Çağ Öyrətim"in basketbolçuları "NTL-Tudor" komandasına 61 : 86 (16-15, 19-17, 10-16, 18-8) hesabıyla uduzdu. Oyunda Anar Sarıyev ("NTL-Tudor) 34 xal, Fikret Paşayev ("NTL-Tudor") 14 xal, Rufat Mahmudzadə ("Çağ Öyrətim") 14 xal, Aleksandr Slojenitsin və Vüqar Əliyev ("Çağ Öyrətim") 13 xal, Roman Motyuşenko ("Çağ Öyrətim") 11 xal, Ruslan Qafurov ("NTL-Tudor) 11 xal, İsmayıl Məmmədov ("NTL-Tudor") 10 xal toplayıblar.

18 Fevral - şənbə

14.00 "NTL-Tudor" - AZTOP

15.30 "Qala" BK - "Araz"-Naxçıvan

17.00 "Çağ Öyrətim" - BDU

ÇEMPİONAT