İkinci dövrə başa çatdı

 01.10.2015 - 12:59    999
Kateqoriya: ÇEMPİONAT
  • 01 Okt 2015
  • 12:59
  •  999

05.03.2012

Mart ayının 03-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) ikinci dövrəsinin oyunları keçirildi.

İlk garşılaşmada "NLT-Tudor" BDU-nin komandasını 58:46 (13-9, 10-7, 9-12, 26-18) hesabıyla məğlub etdi. Statistika

Daha sonra "AZTOP" 60:92 (16-30, 17-19, 19-15, 8-28) hesabıyla "Qala"a məğlub oldu. Oyunda Rüstəm Əliyev ("Qala" BK) 30 xal, Fuad Niftaliyev ("Qala" BK) 27 xal, Zaur Quşanov ("Qala" BK) 19 xal, Maçevicius Brayn ("AZTOP") 17 xal, Mollenhauer Scott ("AZTOP") 13 xal, Vladimir Skvortsov ("AZTOP") 12 xal toplayıblar.


Üçuncü garşılaşmada "Araz"-Naxçıvan basketbolçuları "Çağ Öyrətim" komandasını 73:53 (11-11, 20-12, 26-12, 16-18) hesabıyla uddu. Oyunda Amil Həmzəyev ("Araz"-Naxçıvan) 30 xal, Milovan Popoviç ("Araz"-Naxçıvan) 14 xal, Anar Hacıyev ("Araz"-Naxçıvan) 12 xal, Elçin Rzaquliyev ("Çağ Öyrətim") 12 xal, Anar Zərgərov ("Çağ Öyrətim") 11 xal toplayıblar.

  1. "Araz"-Naxçıvan - 20 xal
  2. "Qala" BK - 17 xal
  3. "NTL-Tudor" - 15 xal (+8)
  4. "Çağ Öyrətim" - 15 xal (-8)
  5. "AZTOP" - 13 xal
  6. BDU - 10 xal

Martın 31-də Azərbaycan çempionatının pley-of mərhələsinə start veriləcək. Oyunlar iki qələbəyə kimi davam etdiriləcək.

12.00 "Araz"-Naxçıvan - "Çağ Öyrətim"

13.30 "Qala BK - "NTL-Tudor"

 

07 aprel

12.00 "NTL-Tudor" - "Qala BK

13.30 "Çağ Öyrətim" - "Araz"-Naxçıvan

ÇEMPİONAT