"Qala"nın revanşı

07.05.2012
Mayın 05-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) final mərhələsinin oyunları keçirildi.
İlk qarşılaşmada "Çağ Öyrətim" "NTL-Tudor komandasıyla qarşılaşdı. Bütün mövsüm boyu inamlı oyun nümayış etdirən "NTL-Tudor"un 75 : 56 hesabıyla qələbəsi Yüksək liqanın debütantına şərəfli üçüncü yeri təmin etdi.
Daha sonra olduqca gərgin keçən "Araz"-Naxçıvanla "Qala"nın ikinci garşılaşmasında "Qala" əzmkar oyun sərgiləyərək son 3 ildə "Araz" üzərində ilk revanşına nail oldu 83 : 79. Üç qələbəyədək davam edən final seriyasında hesab hələlik bərabərdir (1:1).
Növbəti oyun mayın 12-də keçiriləcək.
14.00 "Araz"-Naxçıvan - "Qala" BK



