"Qala" önə keçdi

14.05.2012
Mayın 12-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan çemionatının (Yüksək liqa) final mərhələsinin birinci yer uğrunda üçüncü oyunu keçirildi.
Çox gərgin mübarizədə keçən "Qala" "Araz"-Naxçıvan garşılaşmasında Qala 90 : 82 (29-22, 18-19, 26-18, 17-23) hesabıyla qalib qəldi. "Qala" komandasında digər oyunçularla yanaşı komandanın kapitanı Fuad Niftaliyev və Skot Molenhauer məhsuldar oyun sərgiləyərək "Qala"nın qələbəsini təmin etdilər.
Üç qələbəyədək davam edən final seriyasının hesabı 2:1.
Növbəti oyun mayın 19-da keçiriləcək.
14.00 "Araz"-Naxçıvan - "Qala" BK