"Qala" beşqat çempion

 01.10.2015 - 20:10    636
Kateqoriya: ÇEMPİONAT
  • 01 Okt 2015
  • 20:10
  •  636

21.05.2012

Mayın 19-da Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan çempionatının (Yüksək liqa) final mərhələsinin birinci yer uğrunda dördüncü oyunu keçirildi.

Çox gərgin mübarizədə keçən oyunda "Qala"ya çempion olmaq üçün yalmız qələbə lazım idi. "Araz"-Naxçıvan isə uzun illər davam edən birinciliyini qorumağdan ötrü bu oyunda "Qala"nı məğlub edərək final seriyasında heç-heçəyə nail olmalı idi. O zaman birinci yerin taleyi final seriyasının beşinci oyunnunda həll olunacaqdı. Qeyd etmək lazımdır ki, bu qarşılaşma keçən oyundan fərqli olaraq ədalətli idman mübarizəsi şəraitində keçdi. Komandaların oyunçuları və məşqçi heyəti, tamaşaçılar və hakim heyətinə qarşı qeyri-etik hərəkətlərə yol vermədilər. Dediyimiz kimi oyun çox gərgin idman mübarizəsi şəraitində keçdi.

Birinci hissənin əvvəlində 10 xallıq üstünlüyü əldə edən "Araz"-Naxçıvan bu üstünlüyü axıra kimi qoruyub saxlaya bilmədi. "Qala" tədricən təşəbbüsü ələ alaraq hesabı bərabərləşdirdi və dördünçü hissənin axırında Fuad Niftaliyevin həlledici "üçlüyü" nəticəsində hesabda önə çıxaraq oyunu qələbəyədək axıra çatdırdı. Bu qələbədə komandanın kapitanı Fuad Niftaliyevin yüksək nəticə göstərməsi (42 xal) böyük rol oynadı. "Araz"-Naxçıvan tərəfindən Tahir Baxşıyev (25 xal) və Milovan Popoviç (25 xal) xüsusi fərqləndilər. "Qala"nın zəfərində (82:75) milli yığmanın baş məşqçisi Elxan Əliyevin illər boyu məqsədyönlü şəkildə perspektivli basketbolçuların yetişdirilməsinin və onun rəhbərliyi altında məşqçi Elşən Yusubovun həlledici qarşılaşmada "Araz"-Naxçıvan komandasına qarşı düzgün oyun taktikasının qurmasının böyük əhəmiyyəti oldu.

qala2

qala3

ÇEMPİONAT