"Qala-Atena" finalda Gəncəni sınağa çəkəcək

22.04.2013
20-21 aprel tarixlərində The Club Port Bakuda keçirilən XX Azərbaycan çempionatının yarımfinal oyunları başa çatdı.
"Qala-Atena" BK AzTOP komandasına 2:0 (74:60, 87:58) hesabıyla qalib gələrək finala vəsiqə qazandı. İkinci yarımfinalda isə "NTL-Maxxis" və Gəncə şəhərin komandaları qaqrşılaşmalıydılar. Amma "NTL-Maxxis" komandası hər iki oyuna natamam heyyətlə (4 nəfər) çıxdığına görə ona texniki məğlubiyyət verildi (0:20). Bu səbəbdən AZTOP komandası III yeri tutdu.
Aprelin 27-də The Club Port Bakuda final mərhələyə start veriləcək. Oyunlar 2 qələbəyədək davam edəcək.
27 aprel 2013
12.00 "Qala-Atena" BK - Gəncə şəh. komandası
03 may 2013
12.00 "Qala-Atena" BK - Gəncə şəh. komandası



