"Qala-Atena" çempionluğunu qorudu

04.05.2013
Mayın 3-də The Club Port Bakuda XX Azərbaycan çempionatının final mərhələsinin ikinci oyunu keçirildi.
Bu qarşılaşma çox gərgin mübarizə şəraitində keçdi. "Qala-Atena" birinci hissədə təşəbbüsü ələ alaraq 15 xallıq üstünlüyə yiyələndi (28-13). İkinci və üçünçü hissədə Gəncə basketbolçuları oyunun gedişində dönüş yaradaraq hesabı bərabərləşləşdirdilər (48-48).
Amma həlledici dördüncü hissədə Elxan Əliyevin yetirmələrinin təcrübə üstünlüyü özünü göstərərək "Qala-Atena"ya altıncı dəfə ölkə birinciliyinin qızılını qazandırdı (72-65). Gəncə basketbolçuları isə Azərbaycan çempionatlarının tarixində ilk dəfə II yeri tutaraq gümüş medallara sahib oldular. Bürünc medalları isə mövsüm boyu inamlı oyun nümayış etdirən "AzTOP" komandası qazandı.
Hər üç mükafatçını göstərdikləri yüksək nəticə münasibəti ilə təbrik edirik!



