Qala (Bakı) və Cəlilabad təşəbbüsü ələ aldılar

17.02.2014
Fevralın 16-da XXI Azərbaycan Çempionatına start verildi.
Cəlilabad şəhərində keçirilən birinci dövrənin ilk turunda ev sahibləri Gəncə şəhərinin komandası ilə, Qala (Bakı) isə Şəki ilə qüvvələrini sınadılar. Gərqin mübarizə şəraitində keçən birinci qarşılaşmada Cəlilabad basketbolçuları 77 : 53 (23-13, 20-18, 17-7, 17-15) hesabı ilə gəncəliləri üstələdilər. İkinci görüşdə Qala (Bakı) asanlıqla Şəkinin müqavimətini qırdı 98 : 51 (31-15, 22-12, 19-12, 20-9).
Ölkə birinciliyinin növbəti turu fevralın 23-də Şəkidə keçiriləcək.



