Birinci dövrə başa çatdı

11.03.2014
Mart ayının 09-da Mingəçevir şəhərində ölkə çempionatının birinci dövrənin üçüncü turunun oyunları keçirildi.
İlk qarşılaşmada "Qala" BK 88 : 52 (24-4, 15-20, 20-17, 29-11) hesabıyla Cəlilabad komandasını məğlub etdi. Gərgin mübarizə şəraitində keçən ikinci qarşılaşmada isə Şəki basketbolçuları Gəncə komandasını 60 : 54 (10-17, 23-10, 15-12, 12-15) hesabı ilə üstələdilər.
İkinci dövrənin ilk turu martın 30-da Cəlilabad şəhərində keçiriləcək.
Birinci dövrənin yekunarına əsasən komandalar aşağıdakı yerləri tuturlar:
I yer "Qala" BK (Bakı) - 6 xal
II yer Cəlilabad - 5 xal
III yer Şəki - 4 xal
IV yer Gəncə - 3 xal



