"Qala" BK yeddinci dəfə çempion oldu
Kateqoriya: ÇEMPİONAT

14.04.2014
XXI Azərbaycan Çempionatının son turu Mingəçevir şəhərində keçirildi.
Bəri başdan sensasiya gözlənilməyən bu turun ilk qarşılaşmasında gümüş medallara iddialı olan Cəlilabad komandası Gəncə basketbolçularını 61 - 42 hesabıyla məğlub etdi.
Daha maraqlı mübarizə şəraitində keçən ikinci qarşılaşmada "Qala" BK Şəkinin müqavimətini qıraraq (84 - 47) yeddinci dəfə Azərbaycan Çempionu adına layiq görüldü.



