"Dərviş"in ilk qələbəsi

 04.10.2015 - 23:20    1011
Kateqoriya: ÇEMPİONAT
  • 04 Okt 2015
  • 23:20
  •  1011

03.11.2014

Noyabr ayının 1-dən "The Club Port Baku"nun idman zalında basketbol üzrə kişilər arasında XXII Azərbaycan Çempionatına start verildi.

İlk turda "Bakı" BK - "Dərviş" - (43:53) və "AZTOP" - "Baku Oilers" (59:53) qarşılaşmaları çox gərgin mübarizə şəraitində keçdi. Belə ki, "Bakı" komandası oyun ərzində 20 xal qeri düşməsinə baxmayaraq qarşılaşmanın ikinci və üçüncü hissələrində əzmkər oyun göstərərək hesab fərgini bir xala qədər azalda bildi.

"AZTOP" komandası isə ilk hissədə 15 xal qeridə qalmasına baxmayaraq qalan vaxt ərzində qarşılaşmada dönüş yarada bilərək "Baku Oilers"ə qalib gəldi.

"NTD" - BDU (74:45) və "Qala" BK - "Araz"-Naxçıvan (97:20) komandaların qarşılaşmaları birincilərin böyük üstünlüyü şəraitində keçdi.

Novbəti tur noyabrın 8-də keçiriləcək.

12.00 "AZTOP" - BDU

13.30 "NTD" BK - "Bakı" BK

15.00 "Dərviş" - "Araz"-Naxçıvan

16.30 "Qala" BK - "Baku Oilers"

ÇEMPİONAT