Çempionatın final dördlüyü bəlli oldu

16.03.2015
Martın 14-də "The Club Port Baku"nun idman zalında 22-ci ölkə çempionatının pley-off mərhələsi keçirildi. Oyunlara gəldikdə "Araz"-Naxçıvan NTD qarşılaşması çox gərgin mübarizə şəraitində keçdi. Oyunun axırına 40 saniyə qalmiş hesab 61:61 idi. Yalnız son saniyələrdə cərimə atışların hesabına "NTD" "Araz"-Naxçıvana 64:61 hesabıyla qalib gəldi.
Digər oyunların nəticələri:
"Baku Oiler" - "Dərviş" - 46:64
"Qala" BK - BDU - 20:0
"AZTOP" - "Bakı" - 20:0
Martın 28-də "Dördlər Finalına" start veriləcək.
12:00 "Qala" BK - "Baku Oilers"
13.30 "NTD" BK - "AZTOP"



