Sensasiya alınmadı
Kateqoriya: ÇEMPİONAT

04.05.2015
Ölkə çempionatının final seriyasnın birinci qarşılaşmasında gürcü legioneri Zura Masuiradze ilə gücləndirilən "AZTOP" komandası "Qala"ya layıqli müqavimət göstərdi.
Hətta dördüncü hissənin ortalarında "AZTOP" hesabda 10 xal irəli keçdi. Amma "Qala"nın kapitanı Fuad Niftəliyevin 3xallıq atışından sonra "AZTOP" təşəbbüsü əldən verərək son nəticədə 84:92 (16-25, 24-21, 24-15, 20-31) hesabı ilə məğlub oldu.



