Çempion üçüncü oyunda müəyyən ediləcək

 05.10.2015 - 09:15    742
Kateqoriya: ÇEMPİONAT
  • 05 Okt 2015
  • 09:15
  •  742

12.05.2015

May ayının 10-da ölkə çempionatının final mərhələsində növbəti oyunlar keçirildi.

3-cü yer uğrunda qarşılaşmada "NTD" komandası "Baku Oilers"a 72:66 hesabıyla qalib gəldi. Demək lazımdır ki, oyun qərqin mübarizə şəraitində keçdi. Qarşılaşmanın sonunda "NTD"nin lideri Eldar Poladxanov zədə alsa da bu oyunun nəticəsinə təsir etmədi.

İkinci qarşılaşmada "Qala" oyunun ilk yarısında inamla "AZTOP" üzərində üstünlüyü əldə etdi. Belə ki, komandalar böyük fasiləyə gedəndə hesab 48:30 "Qala"nın xeyrinə idi. Üçüncü hissənin əvvəlində bu hesab fərqi 23 xala çatdı. Amma təcrübəli aztopçular oyunun gedişində dönüş yaradaraq tədricən xal fərqini azaltmağa nail oldular. Oyunun axırına 8 saniyə qalmış Anar Sarıyevin mükkəmməl üçxallı atışı hesabı bərabərləşdirdi.

Əlavə vaxtda "Qala" bir xal fərqi ilə "AZTOP"a yenildi 93:92 (13-21, 17-27, 23-19, 29-15, 11-10).

Final seriyasında hesab 1-1 olduğuna görə çempionu üçüncü qarşılaşma müəyyən edəcək.

f1g2

f1g4

f2g2

ÇEMPİONAT