QALA AZTOP 2:1

 05.10.2015 - 09:18    786
Kateqoriya: ÇEMPİONAT
  • 05 Okt 2015
  • 09:18
  •  786

18.05.2015

Xəbər verdiyimiz kimi may ayının 17-də "The Club Port Baku"nun idman zalında 22-ci ölkə çempionatının final mərhələsinə yekun vuruldu.

3-cü yer uğrunda "NTD" BK-u "Baku Oilers"a 80:74 hesabıyla qalib gəldi. Bununla da "NTD" komandası final seriyasının ikinci oyununu da udaraq bürünc medallara sahib oldu.

Ölkənin basketbol ictimaiyəti səbirsizliklə "Qala" BK "AZTOP" qarşılaşmasını gözləyirdi. Bildiyiniz kimi, bu komadaların final seriyasında üçüncü qarşılaşması idi. Qalib Azərbayacan Çempionu adını qazanacaq. Oyun "Qala"nın kəskin hücumları ilə başladı. Üçüncü hissə "Qala"nın 7 xal üstünlüyü ilə başladı 34:27. Öncəki məğlubiyyətdən nəticə çıxardan qalalılar oyunun axırına kimi bu üstünlüyü əldən vermədilər.

Baxmayaraq ki, AZTOP sonuncu hissədə hesabı bərabərləşdirməyə çox yaxın idi amma üçüncü hissənin axırında təcrübəli Rasim Başakın zədə alması "AZTOP"un oyununa mənfi təsir etdi. "Qala"da Polad Həsənov və Amil Həmzəyəv xüsusi fərqləndilər. Bələliklə "Qala" komandası layiqli zəfər qazanaraq səkkizinci dəfə Azərbaycan Çempionu oldu.

Bu gözəl nəticə ilə "Qala" komandasını, ikinci yeri tutan aztopçuları və üçüncü yerdə qərarlaşan "NTD" komadasının ürəkdən təbrik edirik!

ÇEMPİONAT