Çempionatın ilk overtaymı
Dekabr ayının 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında 23-cü Azərbaycan Çempionatının (kişilər) 6-ci turu keçirildi.
Turun ən maraqlı qarşılaşması "Bakı" və"Baku Oilers" komandalar arasında oldu. Belə ki, xala-xal gedən oyunun əsas hissəsi 74:74 hesabı ilə bitdi. Overtaymda "Bakı" komandasının kapitanı Tahir Baxşıyevin səyləri nəticəsində "Bakı" cəmi bir xal fərqi ilə "Baku Oilers"ə qalib gəldi (88:87 /20-20, 12-22, 15-11, 28-21, 14-13/).
Digər oyunların nəticələri:
"AZTOP" - BDU, 107:35 (23-7, 29-9, 22-13, 33-6)
"NTD" BK - "Sıçrayış" BK, 103:62 (21-11, 31-12, 30-17, 21-22)
"Dərviş" - "Araz", 77:54 (21-6, 27-11, 16-15, 13-22)
Turnir cədvəli
| Komandalar | O | Q | M | X |
| Bakı | 6 | 5 | 1 | 11 |
| Baku Oilers | 6 | 5 | 1 | 11 |
| "NTD" BK | 6 | 5 | 1 | 11 |
| AZTOP | 6 | 4 | 2 | 10 |
| Dərviş | 6 | 3 | 3 | 9 |
| "Sıçrayış" BK | 6 | 2 | 4 | 8 |
| Araz | 6 | - | 6 | 6 |
| BDU | 6 | - | 6 | 6 |
Altıncı turunun oyunları:
12.12.2015
11.00 BDU - "Araz"
12.30 "AZTOP" - "NTD" BK
14.00 "Sıçrayış" BK - "Baku Oilers"
15.30 "Dərviş" - "Baki"



