Autsayder lideri üstələdi
Fevral ayının 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında 23-cü ölkə çempionatında ilk sensasiya baş verdi.
Belə ki, "Araz" - "NTD" BK qarşılaşmasında oyunun əvvəlindən axırına kimi "Araz" təşəbbüsü ələ alaraq "NTD"-ni məğlub etdi (81:73).
Digər oyunların nəticələri:
"AZTOP" - "Dərviş", 61:77
"Baku Oilers" - BDU, 94:34
"Bakı" - "Sıçrayış" komandaların oyunu qarşılıqlı razılaşmaya əsasən başqa vaxta keçirildi.
Turnir cədvəli
| Komandalar | O | Q | M | X |
| "NTD" BK | 11 | 9 | 2 | 20 |
| AZTOP | 11 | 7 | 4 | 18 |
| Bakı | 10 | 7 | 3 | 17 |
| Baku Oilers | 11 | 6 | 5 | 17 |
| "Sıçrayış" BK | 10 | 6 | 4 | 16 |
| Dərviş | 11 | 5 | 6 | 16 |
| Araz | 11 | 2 | 9 | 13 |
| BDU | 11 | - | 11 | 11 |
Növbəti turun cədvəli - 20.02.2016
11.00 "Dərviş" - BDU
12.30 "AZTOP" - "Sıçrayış" BK
14.00 "Bakı" - "NTD" BK
15.30 "Baku Oilers" - "Araz"



