Yarımfinal oyunların nəticələri
Kateqoriya: ÇEMPİONAT

Aprel ayının 16-da "The Club Port Baku"nun idman zalında kişilər arasında 23-cü ölkə çempionatının yarımfinal oyunları keçirildi.
Çox gərgin mübarizə şəraitində keçən oyunda "AZTOP" komandası 77:69 hesabıyla "Bakı" BK-na qalib gəldi.
İkinci qarşılaşmada isə "NTD" komandası "Baku Oilers"i 91:39 hesabıyla məğlub etdi.
Növbəti yarımfinal oyunları aprelin 23-də "The Club Port Baku"nun idman zalında keçiriləcək.
18.00 "NTD" BK - "Baku Oilers"
19.30 "AZTOP" - "Bakı"



