"AZTOP" finalda

 02.05.2016 - 11:43    1335
Kateqoriya: ÇEMPİONAT
  • 02 May 2016
  • 11:43
  •  1335

May ayının 1-də "The Club Port Baku"nun idman zalında ölkə çempionatının yarımfinal seriyasında "AZTOP" və "Bakı" komandalarının 3-cü oyunu keçirildi.

Qarşılaşma 97:72 (26-10, 20-21, 29-18, 22-23) hesabı ilə "AZTOP"un xeyrinə başa çatdı.

Beləliklə finalda "play-off" mərhələsinin qalibləri "AZTOP" və "NTD" komandaları birinci yer uğrunda mübarizə aparacaqlar. Uçüncü yerin sahibi isə "Baku Oilers"- "Bakı" qarşıdurmasında bəlli olacaq.

Final seriyasının ilk oyunları mayın 07-də "The Club Port Baku" da keçiriləcək. 

11.00 "Baku Oilers" - "Bakı"

12.30 "AZTOP" - "NTD" BK 

ÇEMPİONAT