"AZTOP" irəli çıxdı

May ayının 7-də "The Club Port Baku"nun idman zalında ölkə çempionatının final seriyasının ilk oyunları keçirildi.
Üçüncü yer uğrunda keçirilən qarşılaşmada "Bakı" çətinlik çəkmədən "Baku Oilers"i məğlub etdi (104-95).
Qızıl medallar uğrunda keçirilən görüşə gəldikdə isə bu qarşılaşma çox gərgin mubarizə şəraitində keçdi. Belə ki, "NTD" komandası oyunun əvvəlindən təşəbbüsü ələ alaraq 5-10 xal fərqi ilə irəlidə gedirdi. Yalnız böyük fasilədən sonra daha təcrübəli "aztopçular" mizanı tədricən öz xeyrinə əyə bildilər.
Bundan sonra xala-xal gedən oyunun dördüncü hissəsində "AZTOP"un dəqiq 3xallı atışları öz bəhrəsini verdi (67-62).
Final seriyasının növbəti oyunları mayın 14-də "The Club Port Baku" da keçiriləcək.
11.30 "Baku Oilers" - "Bakı"
13.00 "AZTOP" - "NTD" BK