Yeni çempion

 16.05.2016 - 13:03    1118
Kateqoriya: ÇEMPİONAT
  • 16 May 2016
  • 13:03
  •  1118

Xəbər verdiyimiz kimi mayın 14-də "The Club Port Baku"nun idman zalında 23-cü Azərbaycan Çempionatının final seriyasının oyunları keçirildi.

Üçüncü yer uğrunda qarşılaşmada "Baku Oilers" "Bakı"nı 79:73 (27-27, 12-21, 17-11, 23-14) hesabı ilə məğlub etdi.

Keçən görüşdən fərqli olaraq bu dəfə 4-cü hissədə "Baku Oilers" daha məhsuldar oyun nümayiş etdirərək seriyada hesabı bərabərləşdirdi (1:1). Beləliklə bürünc medalların sahibi bu komandalar arasında keçiriləcək əlavə görüşdə bəlli olacaq.

Qızıl medallar uğrunda görüş daha gərgin möbarizə şəraitində keçdi. Belə ki, birinci hissənin ilk iki dəqiqəsində hesab açılmadı. Daha sonra təcrübəli "aztopçular" təşəbbüsü ələ alaraq hissəni 16:5 hesabı ilə uddular. Onlar əldə olunan bu üstünlüyü qarşılaşmanın sonuna kimi qoruya bildilər. Yalnız üçüncü hissə 19:13 hesabı ilə "NTD"nin xeyrinə yekunlaşdı.

Xüsusi qeyd etmək lazımdır ki, həddindən artıq həyacan və istifadə olunmayan cərimə atışları gənc "NTD" basketbolçularının məğlubiyyətini "təmin" etdi. "AZTOP" isə daha "ağıllı" basketbol sərgiləyərək ilk dəfə Azərbaycan Çempionu adına layiq görüldü 81:63 (16-5, 27-22, 13-19, 25-17) /seriyanın hesabı 2:0/.

 

20160514181756945_1     

20160514181756945_4

20160514181756945_9

20160514181756945_14

ÇEMPİONAT