"Dərviş" axsadı, "NTD U16" yendi

 16.01.2017 - 11:19    1005
Kateqoriya: ÇEMPİONAT
  • 16 Yan 2017
  • 11:19
  •  1005

Yanvar ayının 14-də "Hövsan" Olimpiya İdman Kompleksində ikinci dövrənin ilk oyunları keçirildi.

Birinci qarşılaşmada ("NTD" BK -  "Araz") "Araz" komandasına görüşə gəlmədiyinə görə texniki məğlubiyyət verildi (20:0).

"NTD U16" - AzDNSU-nin görüşü isə olduqca kəskin mübarizə şəraitində keçdi. Tələbələr ilk üç hissədə irəlidə getsələr də dördüncü hissədə təşəbbüsü əldən verdilər. Overtayma çatdırılan oyunda Samit Nuruzadənin yetirmələri rəqiblərini cüzi fərqlə məğlub etdilər (84:82). 

Turun ən böyük sürpriz nəticəsi "Dərviş" - "80"-lər qarşılaşmasında oldu. Bu vaxta kimi məğlubiyyət bilməyən "Dərviş" komandası "80"-lərə 72:80 hesabıyla uduzdu.

Turnir cədvəli:

Komandalar O Q M TF X
"Dərviş" 7 6 1 596 - 455 13
"NTD" BK 6 5 1 523 - 351 11
"80-lər" 6 4 2 456 - 420 10
"Marşallar" 6 3 3 422 - 493 9
AzDNSU 7 2 5 516 - 577 9
 "NTD U16" 5 2 3 291 - 364 7
"Araz" 7 - 7 331 - 475 6

 

Doqquzuncu turun cədvəli (21.01.2017)

12.00 "Marşallar" - "80-lər"

13.30 "NTD" BK - "NTD U16"

15.00 "Araz" - "Dərviş"

ÇEMPİONAT