İlk finalçı bəlli oldu

 13.03.2017 - 11:24    176
Kateqoriya: ÇEMPİONAT
  • 13 Mart 2017
  • 11:24
  •  176

Martın 11-də "The Club Port Baku"nun basketbol arenasında pley-off mərhələsinin növbəti qarşılaşmaları keçirildi.

Birinci oyunda gözlənilən kimi "NTD" komandası "Marşalları" çətinlik çəkmədən məğlub edərək (106:64) finala vəsiqə qazandı.

İkinci qarşılaşmada "80-lər" daha məhsuldar oyun nümayiş etdirərək "Dərviş"ə qalib gəldilər 77:60. Onu da qeyd etmək lazımdır ki, Ruslan Qafurovun ("Dərviş") 4-cü hissədə zədə alması "Dərviş"in oyununa mənfi təsir etdi.

Beləliklə, ölkə çempionatının reqlamentinə əsasən 2-ci finalçı "80-lər"lə "Dərviş"arasında keçiriləcək əlavə oyunda müəyyən ediləcək.

ÇEMPİONAT