"NTD" irəli çıxdı

 03.04.2017 - 12:40    194
Kateqoriya: ÇEMPİONAT
  • 03 Apr 2017
  • 12:40
  •  194

Aprelin 1-də "The Club Port Baku"nun basketbol arenasında ölkə çempionatının final oyunları keçirildi.

III yer uğrunda qarşılaşmada gözlənilən kimi "Dərviş" komandası "Marşallar"ı çətinlik çəkmədən məğlub etdi (98:73).

Bundan fərqli olaraq ikinci "dueldə" ilk 3 hissədə "80-lər" "NTD"-ni üstələyə bildi. Yalnız dördüncü hissədə Tahir Baxşıyevin gənc basketbolçuları "80-lər"in müqaviməti sındıraraq qələbə çaldılar (66:57). Bu minvalla final seriyada "NTD" irəli çıxdı (1-0).

ÇEMPİONAT