Möhtəşəm finalın əzmkar qalibi

 10.04.2017 - 13:03    160
Kateqoriya: ÇEMPİONAT
  • 10 Apr 2017
  • 13:03
  •  160

Aprelin 8-də "The Club Port Baku"nun idman zalında 24-cü ölkə çempionatına yekun vuruldu.

İlk qarşılaşmada gözlənilən kimi "Dərviş" komandası "Marşallar"ı məğlub edərək (91:59) bürünc medalları qazandı. 

İntriqa dolu ikinci qarşılaşmada "NTD" BK ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq "80-lər"lə xal fərqini 20-yə çatdırır. Amma, üçüncü hissədən başlayaraq "80-lər" oyunu bərabərləşdirməyə nail olurlar. Dördüncü hissə isə çox kəskin qarşılıqlı hücumlar şəraitində keçdi.

Oyunun qurtarmasıma bir neçə saniyə qalmış hesab 73:71 "NTD"-nin xeyrinə idi. Amma, Valeriy Ramazanovun ("NTD") iki sərrast cərimə atışı hesabı bərabərləşdirdi 73:73. Oyuna artırılan 5 dəqiqəlik əlavə vaxtda "NTD" BK rəqibinin müqavimətini qıraraq 24-cü Azərbaycan çempionatının qalibi oldu 90:82.

Bundan əlavə Azərbaycan Basketbol Federasiyası çempionatın final mərhələsinin müxtəlif kateqoriyalar üzrə fərqlənən oyunçularını bəlli etdi:

Ən yaxşı müdafiəçi - Roman Matyuşenko ("80-lər")

Ən yaxşı hücumçu - Fuad Niftəliyev ("Dərviş")

Ən yaxşı oyunçu - Polad Həsənov ("NTD")

Ən perspektivli oyunçu - Cəbrayıl Əkbərov ("NTD")

c55cabb5

ÇEMPİONAT