"NTD" zirvədə

 23.04.2018 - 10:19    236
Kateqoriya: ÇEMPİONAT
  • 23 Apr 2018
  • 10:19
  •  236

Aprelin 21-də Texniki Universtitetin idman zalında kişilər arasında 25-ci ölkə birinciliyinin qalibi bəlli oldu.

Üçüncü yer uğrunda ilk qarşılaşmada ADNSU-nin komandası "80lər"dən əvvəlki məğlubiyyətin əvəzini çıxa bildi 86:79 (seriyada hesab bərabərləşdi 1-1). Bürünc medalların sahibi əlavə oyunda müəyyən ediləcək.

İkinci qarşılaşmanı basketbol azarkeşləri səbirsizliklə gözləyirdi. Qızıl medalların taleyini həll edən bu oyunda hamı "AZTOP"un revanş götürəcəyinə ümid edirdi. Amma "NTD" oyunun ilk dəqiqələrindən "AZTOP"a heç bir şans vermədi. Təcrübəli Zaur Paşayevin komandası rəqibini həm hücümda, həm də müdafiədə üstələyərək Azərbaycan Çempionu titulunu qazandı 78:60 (seriyada hesab 2:0). Qazanılan üğurla "NTD" komandasını və gümüş medallara yiyələnən "AZTOP"çuları ürəkdən təbrik edirik!!!

 

13_1

ÇEMPİONAT