27-ci Azərbaycan Çempionatına start verilir
Oktyarbrın 10-da basketbol üzrə 27-ci Azərbaycan Çempionatına start verilir.
Ölkə birinciliyində 8 komanda ("Atletik BK, "Atom BK", "Zirvə Astara", "Gəncə BK", "Sərkərdə BK", "Sıçrayış BK", "80-lər", "Xırdalan BK") iştirak edəcək. Çempionatın təntənəli açılışı oktyabrın 10 saat 19:30 "Sərhədçi" Olimpiya İdman Mərkəzində olacaq.
Açılış mərasimi və ardınca "Gəncə BK" - "Zirvə Astara" oyunu "CBC Sport" kanalında canlı yayımda göstəriləcək.
Oyunların cədvəli
Birinci dövrənin 1-ci turu
10 oktyabr "Gəncə BK"-"Zirvə Astara" saat 20:00 "Sərhədçi"OİM
12 oktyabr Azərbaycan Dövlət Texniki Universtiteti
"Sərkərdə BK"- "Atom BK" saat 12:00
"Xırdalan BK"- "Atletik BK" saat 14:00
"Sıçrayış BK"- "80-lər" saat 16:00