"Zirvə"-nin ilk qələbəsi
Kateqoriya: ÇEMPİONAT

Xəbər verdiyimiz kimi oktyabrın 10-da "Sərhədçi"İdman Olimpiya Mərkəzində 27-ci Azərbaycan Çempionatının təntənəli açılışından sonra "Zirvə Astara" və "Gəncə BK" komandaları qarşılaşdılar.
Elə 1-ci hissədə təşəbbüsə yiyələnən "Zirvə" böyük fasiləyə tutarlı xal üstünlüyü ilə ayrıldı 50:19. Qalan 2 hissə "Gəncə BK"nın diqtəsi ilə keçsə də ilk yarıda qazanılan xal üstünlüyü (+31) oyunu "Zirvə"nin qələbəsi ilə nəticələndirdi 77:56 (27-9, 23-10, 15-22, 12-15)