Gəncənin ilk qələbəsi

 18.10.2019 - 20:59    839
Kateqoriya: ÇEMPİONAT
  • 18 Okt 2019
  • 20:59
  •  839

Bu gün Texniki Universtitetin idman zalında Azərbaycan Basketbol Superliqasının 2-ci turunun 1-ci oyunu keçirildi.

Bu dəfə "Gəncə BK"çempionatın favoritlərindən olan "Sərkərdə BK" ilə qarşılaşdı. Çox gərgin, dramatik mübarizə şəraitində keçən oyunda rəqiblər böyük fasiləyə 41:41 hesabı ilə ayrıldılar. 3-cü hissədə "Sərkərdə BK" təşəbbüsü ələ alaraq hesab fərqini 10 xala çatdırdı 55:45. Amma qarşılaşmanın kritik anında "Gəncə"-nin baş məşqçisi Rizvan Səfərov taymaut götürərək komandasına lazımı göstərişləri verdi. Bundan sonra oyun gəncəlilərin diktəsi altında davam edərək onların inamlı qələbəsi ilə başa çatdı 81:72(18-21,23-20,22-20,18-12).

ÇEMPİONAT