"Xiırdalan BK"qələbəyə yaxın idi
Oktyabrın 19-da Azərbaycan Dövlət Texniki Universtitetinin basketbol arenasında Superliqasının 2-ci turunun qalan oyunları keçirildi.
"Atletik" BK - "Sıçrayış" BK 65:44, "80"-lər - "Zirvə" BK 66-89. "Atom" BK - "Xırdalan" BK-nın qarşılaşması 2 turun ən gərgin qarşılaşması oldu. Belə ki, oyunun əvvəlindən təşəbbüsü ələ alan "Atom" komandası böyük fasiləyə 22 xal üstünlüyü ilə ayrıldı 46-24. Amma qalan 2 hissədə Samit Nuruzadə oyunda dönüş edərək 4-cü hissənin əvvəlində xal fərqini 2 dəfə azalda bildi 60-49. Son dəqiqələrdə isə bu fərq 4 xala endi. Lakin "Xirdalan BK"nın oyunçularının həlledici məqamda fol edərək topu rəqibə qaptırması onlara sensasiya etməyə imkan vermədi 72-64.
Turnir cədvəli: "Atletik" BK, "Zirvə" BK, "Atom" BK – 4 xal, "Gəncə" BK, "Sərkərdə" BK, "Sıçrayış" BK – 3, "80"-lər, "Xırdalan" BK – 1.