"Xırdalan" qələbəni əldən verdi
Kateqoriya: ÇEMPİONAT
5-ci turun ilk qarşılaşmasında "Xırdalan" BK "Sərkərdə" BK ilə qarşılaşdı.
Oyunun ilk dəqiqələrindən "Sərkərdə" təşəbbüsü ələ alaraq 1-ci hissədə hesabda irəlil çıxdı (14:22). Amma 2-ci hissədə Samit Nuruzadənin yetirmələri tədricən oyunu bərabərləşdirdilər. 3-cü hissə isə "Xirdalanın" tam üstünlüyü ilə keçdi (18:6).
Belə ki 4-cü hissənin əvvəlində hesab 49-44 idi. Lakin qarşılaşmanın sonunu "Sərkərdə"daha yaxşı keçirərək rəqibini məğlub edə bildi 62:70 (14-22,17-16,18-6,13-26).