"Gəncə" BK "Atom" u məyyus etdi

6-cı turun ilk oyununda "Gəncə" BK "Atom" BK ilə üz-üzə gəldi.
Çox gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci 2 hissəsində "Atom" BK rəqibini üstələyə bildi 51:58. Belə ki gəncəlilər "Atom" un ustalıqla qurulan zona müdafiəsini yara bilmirdilər. 3 xallıq atışlar isə hədəfə çatmırdı.
Amma 3-cü hissədən başlayaraq "Gəncə" BK oyun taktikasını dəyişdi. Rizvan Səfərovun yetirmələri rəqibə meydança boyu sərt pressinq tətbiq edərək onun müdafiəsini yara bildi. Oyun tədricən bərabərləşdi. 4-cü hissədə isə "Atom" böyük hesabla geriləyərək məğlub oldu 79:65 (11-18, 13-16, 27-24, 28-7).






