Kəskin qarşıdurmalar turu
Noyabrın 23-də AzTU-nin idman arenasında 27-ci ölkə birinciliyinin 7-ci turuna yekun vuruldu.
Oyunlar xala-xal mübarizədə, kəskin qarşıdurma şəraitində keçdi. Birinci qarşılaşmada "Xirdalan" BK geridə qalmasına baxmayaraq 4-cü hissədə "Sıçrayışa" çata bildi. Son saniyələrdə isə hesab 59:57 Elşən Yusubovun yetirmələrinin xeyrinə olanda Cəbrail Əkbərov ("Xırdalan" BK) 2 cərimə atışından yalnız birindən faydalana bildi. Hesabı bərabərləşdirməyə vaxt qalmadığına görə "Xırdalan" məğlub oldu 59:58.
Diğər oyunların nəticələri:
"Atletik" BK -"Sərkərdə" BK, 75:74
"80lər" - "Gəncə" BK, 81:89
| Komandalar | Oyun | Qələbə | Məğlubiyyət | T/F | Xallar |
| "Zirvə-Astara" BK | 8 | 7 | 1 | +129 | 15 |
| "Sərkərdə" BK | 8 | 5 | 3 | +72 | 13 |
| "Atom" BK | 8 | 5 | 3 | +60 | 13 |
| "Gəncə" BK | 8 | 5 | 3 | +2 | 13 |
| "Atletik" BK | 8 | 4 | 4 | +1 | 12 |
| "Xırdalan" BK | 8 | 3 | 5 | +18 | 11 |
| "Sıçrayış" BK | 8 | 3 | 5 | -139 | 11 |
| "80-lər" | 8 | 0 | 8 | -143 | 8 |



