"Gəncə"nin revanşı baş tutacaqmı?
Kateqoriya: ÇEMPİONAT

Noyabrın 29-da Superliqanın 8-ci turuna start veriləcək.
Saat 19:00 "CBC Sport" kanalının canlı yayımında efirə veriləcək qarşılaşmada "Xırdalan" BK "Atletik" BK ilə üz-üzə gələcək.
Turun digər oyunları şənbə günü keçiriləcək:
"Atom" BK - "Sərkərdə" BK, saat 13:00
"80-lər" - "Sıçrayış" BK, saat 15:00
"Gəncə" BK - "Zirvə" BK, saat 17:00



