"Zirvə" BK liderliyini qoruya bildi

Noyabrın 30-da Superliqanın 8-ci turunun (2-ci dövrə) 3 oyunu keçirildi. Keçən turda "Zirvə" üzərində inamlı qələbədən sonra "Atom" BK "Sərkərdə"yə məğlub oldu 73:79.
"80"lər ilk zəfərlərinə çox yaxın idilər...amma son saniyələrdə hücumda buraxdıqları səhvə görə "Sıçrayışa" uduzdular 71:73.
Turun ən dramatik oyunu "Gəncə" BK ilə "Zirvə" BK arasında keçirildi. Xala-xal gedən qarşılaşmanın 3-cü hissəsinin əvvəlində "Gəncə" irəli çıxaraq(52:47)qarşılaşmada təşəbbüsü ələ aldı.4-cü hissənin sonuna 1 dəqiqə qalmış hesab 92:92 idi.Qarşılaşmanın gedişatı əlavə vaxta aparırdı. Lakin Yevgeni Şostukanın ("Gəncə" BK)texniki fol alaraq 5-ci folla oyundan kənarlaşdırılması mizanı "Zirvə" nin xeyrinə əydi 94:101.
| Komandalar | Oyun | Qələbə | Məğlubiyyət | T/F | Xallar |
| "Zirvə-Astara" BK | 8 | 7 | 1 | +129 | 15 |
| "Atom" BK | 8 | 5 | 3 | +72 | 13 |
| "Gəncə" BK | 8 | 5 | 3 | +60 | 13 |
| "Sərkərdə" BK | 8 | 5 | 3 | +2 | 13 |
| "Atletik" BK | 8 | 4 | 4 | +1 | 12 |
| "Xırdalan" BK | 8 | 3 | 5 | +18 | 11 |
| "Sıçrayış" BK | 8 | 3 | 5 | -139 | 11 |
| "80-lər" | 8 | 0 | 8 | -143 | 8 |





