Superliqanın 2-ci dövrəsi

 05.12.2019 - 18:10    674
Kateqoriya: ÇEMPİONAT
  • 05 Dek 2019
  • 18:10
  •  674

27-ci ölkə çempionatı 2-ci dövrəyə adladı.

"Zirvə" BK 15 xalla öndə gedir. "Sərkərdə","Atom" ,"Gəncə" basketbol klubları cəmi 2 xal fərqiylə lideri izləyirlər. Turnir cədvəlinin aşağı pillələrində "Atletik" (12 xal"), "Xırdalan" (11 xal), "Sıçrayış" (11 xal) və "80"lər (8 xal) komandaları qərarlaşıblar.

Azərbaycan Texniki Universtitetinin basketbol arenasında istər liderlər istərsə də autsayderlər arasında bütün oyunlar tamaşaçıların dəstəyi ilə kəskin qarşıdurma şəraitində keçir. Qarşılaşmaların fasiləsi və taymautlarında oyunçuların su yanğısını Qafqaz Dağlarının əfsanəvi suyu "Aquavita" söndürür". Buna görə Superliqanın Su Sponsoruna minnətdarıq!


9-cu turda da kəskin qarşıdurmalar gözlənilir.

6 dekabr "Xirdalan" BK-"Atom" BK (18:00)

7 dekabr "Sıçrayış" BK-"Atletik" BK (14:30)

"Zirvə" BK-"80"lər (16:30)

"Sərkərdə" BK -"Gəncə" BK (18:30, "CBC Sport"da canlı yayım)

ÇEMPİONAT