9-cu tur sensasiyasız ötüşdü

Superliqanın 9-cu turun dekabrın 6-da keçirilən ilk qarşılaşmasında kəskin qarşıdurmanın şahidi olduq.
Belə ki, "Xırdalan" BK-nın gənc basketbolçuları "Atom"a layiqli müqavimət göstərdilər. Amma 1-ci hissədə 10 xallıq geriləmə (8:18) Samit Nuruzadənin taktiki planını pozdu. Qalan 3 hissədə "Xırdalan" BK xal fərqini azalda bilməyərək 63:72 (8-18,25-19,16-20,14-15) hesabı ilə təcrübəli rəqibə məğlub oldu.
Dekabrın 7-də keçirilən digər oyunların nəticələri:
"Atletik" BK - "Sıçrayış" BK 90:50 (22-18, 26-12, 24-10, 18-10)
"Zirvə" BK - "80" lər 114:85 (30-20, 37-17, 21-19, 26-29)
"Sərkərdə" BK - "Gəncə" BK 83:106 (12-18, 25-38, 22-32, 24-18)
Komandalar | Oyun | Qələbə | Məğlubiyyət | T/F | Xallar |
"Zirvə" BK | 9 | 8 | 1 | +158 | 17 |
"Atom" BK | 9 | 6 | 3 | +69 | 15 |
"Gəncə" BK | 9 | 6 | 3 | +25 | 15 |
"Sərkərdə" BK | 9 | 5 | 4 | +49 | 14 |
"Atletik" BK | 9 | 5 | 4 | +41 | 14 |
"Xırdalan" BK | 9 | 3 | 6 | +9 | 12 |
"Sıçrayış" BK | 9 | 3 | 6 | -179 | 12 |
"80-lər" | 9 | 0 | 9 | -172 | 9 |