"Xırdalan" BK favoriti məğlub etdi

Dekabrın 15-də Superliqanın 10-cu turunun 2 oyunu keçirildi.
İlk qarşılaşmada "Atom" BK rəqibə heç bir şans verməyərək "Sıçrayış"ı böyük hesabla məğlub etdi 94:62 (25-14, 22-13, 22-23, 25-12).
İkinci qarşılaşmada güçlü qarşıdurma gözlənilirdi. Amma Superliqanın çempionluğu uğrunda mübarizə aparan "Gəncə" BK bu dəfə büdrədi. Gəncəlilər yalnız oyunun 1-ci və 4-cü hissələrində "Xırdalan"a dirəniş göstərə bildilər. Ümumi nəticəyə gəldikdə isə "Gəncə" BK rəqibə 20 xal fərqi ilə uduzdu 75:95 (21-24, 14-24, 19-26, 21-21) Cəbrail Əkbərov ("Xırdalan" BK) qazandığı 27 xalla komandasının ən məhsuldar oyunçusu oldu.

| Komandalar | Oyun | Qələbə | Məğlubiyyət | T/F | Xallar |
| "Zirvə" BK | 10 | 9 | 1 | +175 | 19 |
| "Atom" BK | 10 | 7 | 3 | +101 | 17 |
| "Gəncə" BK | 10 | 6 | 4 | +5 | 16 |
| "Sərkərdə" BK | 10 | 5 | 5 | +32 | 15 |
| "Atletik" BK | 9 | 5 | 4 | +41 | 14 |
| "Xırdalan" BK | 10 | 4 | 6 | +29 | 14 |
| "Sıçrayış" BK | 10 | 3 | 7 | -211 | 13 |
| "80-lər" | 9 | 0 | 9 | -172 | 9 |



