Superliqanın 11-ci turu geridə qaldı

Dekabrın 19-da kişilər arasında Azərbaycanın 27-ci Çempionatının 11-ci turuna yekun vuruldu. 1-ci qarşılaşmada gözlənilən kəskin qarşıdurma yaşanmadı. Belə ki,"Xırdalan" BK oyunun 2-ci və 3-cü hissələrində böyük xal fərqi ilə geridə qalaraq "Zirvə Astara"ya ümumi hesabda məğlub oldu 85:71(27-16,14-16,23-17,21-22). 11-ci turun son qarşılaşması çox kəskin mübarizə,rəqiblərin inanılmaz qarşıdurması şəraitində keçdi. Xala-xal gedən oyunda "80-lər" "Sərkərdə" üzərində qələbəyə çox yaxın idilər. Amma 4-cü hissənin axırında Namiq Ağayevin ("80"lər) 5-ci fol alaraq meydançadan uzaqlaşdırılması "80-lər"ə baha başa gələrək onlara Superliqada ilk qələbələrini qazanmağa imkan vermədi 72:76(17-24,20-15,17-19,18-18)




| Komandalar | Oyun | Qələbə | Məğlubiyyət | T/F | Xallar |
| "Zirvə" BK | 11 | 10 | 1 | +189 | 21 |
| "Atom" BK | 11 | 8 | 3 | +109 | 19 |
| "Sərkərdə" BK | 11 | 6 | 5 | +36 | 17 |
| "Gəncə" BK | 11 | 6 | 5 | -5 | 17 |
| "Atletik" BK | 10 | 5 | 5 | +33 | 15 |
| "Xırdalan" BK | 11 | 4 | 7 | +15 | 15 |
| "Sıçrayış" BK | 11 | 4 | 7 | -201 | 15 |
| "80-lər" | 10 | 0 | 10 | -176 | 10 |



