"Zirvə Astara" büdrədi

Yanvarın 18-də Azərbaycan Texniki Universtitetinin basketbol arenasında Superliqanın 13-cü turunun oyunları keçirildi. Turun gözlənilməyən nəticəsi "Zirvə Astara" "Atletik BK" komandalarının qarşılaşmasında qeydə alındı. Belə ki,çempionatın lideri bu dəfə rəqibə öz məharətini göstərə bilmədi.Üstəlik "Zirvə"nin kapitanı Zaur Paşayevin "dişsiz" oyunu və amerikalı Çarls İtonun 4-cü hissədə 5 folla meydançanı tərk etməsi "Atletik"in inamlı qələbəsi ilə nəticələndi 70:82. Digər oyunların nəticələri:
"Gəncə BK"-"Atom" BK 73:81
"Xırdalan"BK-"80-lər" 83:55
"Sərkərdə" BK-"Sıçrayış" BK 63:78
| Komandalar | Oyun | Qələbə | Məğlubiyyət | T/F | Xallar |
| "Zirvə" BK | 13 | 11 | 2 | +202 | 24 |
| "Atom" BK | 13 | 10 | 3 | +163 | 23 |
| "Sərkərdə" BK | 13 | 7 | 6 | +42 | 20 |
| ""Atletik" BK | 12 | 7 | 5 | +62 | 19 |
| Gəncə" BK | 13 | 6 | 7 | +30 | 19 |
| "Xırdalan" BK | 13 | 5 | 8 | +22 | 18 |
| "Sıçrayış" BK | 13 | 5 | 8 | -211 | 18 |
| "80-lər" | 12 | 0 | 12 | -250 | 12 |







