"Xırdalan" BK rəqiblərinə yaxınlaşdı

Xəbər verdiyimiz kimi fevralın 15-də Azərbaycan Texniki Universtitetinin basketbol arenasında Superliqanın 16-cı turunun qarşılaşmaları keçirildi. Oyunlara gəldikdə "Atletik" BK "Sıçrayış" BK,"Atom" "Xırdalan" BK qarşılaşmaları çox kəskin qarşıdurma şəraitində keçdi.Belə ki, "Atletik" yalnız 4-cü hissənin son saniyələrində "Sıçrayış"ın müqavimətini qıra bildi 70:66 (22-18,13-18,16-21,19-9)"Atom" "Xırdalan" qarşılaşmasında isə daha dramatik mübarizənin şahidi olduq. Bərabər səviyyədə gedən oyunun sonuna 3 dəqiqə 13 saniyə qalmış "Atom"un forvardı Aleksandr Rıbalko 5-ci fol alaraq meydançanı tərk etdi.Aparıcı oyunçusunu "itirən" "Atom" məğlubiyyətə uğradı 69:81(17-21,19-15,16-22,17-24) Digər oyunların nəticələri:
"80-lər"-"Zirvə Astara" 79:101 (22-21,14-22,26-28,17-30)
"Gəncə" BK-"Sərkərdə" BK 99:82 (26-22,25-23,25-12,23-25)
| Komandalar | Oyun | Qələbə | Məğlubiyyət | T/F | Xallar |
| "Zirvə" BK | 16 | 14 | 2 | +277 | 30 |
| "Atom" BK | 16 | 11 | 5 | +132 | 27 |
| "Xırdalan" BK | 16 | 8 | 8 | +80 | 24 |
| ""Sərkərdə" BK | 16 | 8 | 8 | +33 | 24 |
| "Gəncə" BK | 16 | 8 | 8 | -11 | 24 |
| "Atletik" BK | 15 | 8 | 7 | +23 | 23 |
| "Sıçrayış" BK | 16 | 6 | 10 | -237 | 22 |
| "80-lər" | 15 | 0 | 15 | -297 | 14 |






