Superliqanın ilk overtaymı

 21.02.2020 - 10:57    179
Kateqoriya: ÇEMPİONAT
  • 21 Fev 2020
  • 10:57
  •  179

Fevralın 20-də Azərbaycan Texniki Universtitetinin basketbol arenasında Superliqanın 17-ci turunun 3 oyunu keçirildi.İlk qarşılaşmada "Xırdalan"BK ilə "Gəncə"BK üz-üzə gəldi.Qarşılıqlı kəskin hücumlar şəraitində keçən oyunda qalib son saniyələrdə müəyyən edildi.
"Xırdalan"BK - "Gəncə"BK 73-76 (17-19,25-14,12-23,19-20)

Turun ən möhtəşəm qarşılaşması "Atletik"BK "80-lər" arasında keçirildi.Belə ki, natamam heyət ilə mübarizə aparan "80-lər" komandası "atletlər"ə inanılmaz dirəniş göstərdi. Xala-xal gedən qarşılaşma 76:76 hesabı ilə yekunlaşaraq əlavə vaxta keçdi.Overtaymın axırında isə Bəxtiyar Ələkbərov ("80-lər") 5 fol alaraq meydançanı tərk etdi və "Atletik" BK məğlubiyyətdən qurtularaq çox çətin qələbəsini qazandı 90:85 (18-23,23-16,14-25,21-12,14-9)3-cü qarşılaşmada "Atom"BK "Sıçrayışa" heç bir şans vermədi 84-62 (20-13,29-14,16-20,17-15)

photo5366213134571908403_ss

photo5361813632066890863_ss

photo5361709534944538017_s_1

photo5366438470031092999_ss

Komandalar Oyun Qələbə Məğlubiyyət T/F Xallar
"Zirvə" BK 17 15 2 +281 32
"Atom" BK 17 12 5 +154 29
"Xırdalan" BK 17 9 8 -8 26
""Sərkərdə" BK 17 8 9 +77 25
"Gəncə" BK 17 8 8 +29 25
"Atletik" BK 16 9 7 +28 25
"Sıçrayış" BK 17 6 11 -259 23
"80-lər" 16 0 16 -302 16

ÇEMPİONAT