"Xırdalan" BK mövqeyini yaxşılaşdırdı
Fevralın 25-də Azərbaycan Texniki Universtitetinin idman arenasında Superliqanın 19-cu turunun 2 oyunu keçirildi. Birinci qarşılaşmada "Xırdalan" BK böyük hesabla "Sərkərdə"ni yendi 74:47. İkinci qarşılaşmada "Sıçrayış" BK "Zirvə Astaraya" layiqli müqavimət göstərə bildi. Belə ki,2-ci hissədən sonra rəqiblər arasında hesab fərqi cəmi 3 xal idi 63:68. Amma böyük fasilədən sonra "Zirvə" tədricən təşəbbüsü ələ alaraq inamlı qələbəyə imza atdı 116:98 .Bu qarşılaşmada Fuad Niftəliyev("Sıçrayış"BK) və Çarls İton ("Zirvə Astara")topladıqları 37 xalla komandalarının ən məhsuldar oyunçuları oldular.
Komandalar | Oyun | Qələbə | Məğlubiyyət | T/F | Xallar |
"Zirvə" BK | 19 | 17 | 2 | +307 | 36 |
"Atom" BK | 18 | 13 | 5 | +184 | 31 |
"Xırdalan" BK | 19 | 9 | 10 | +94 | 28 |
"Gəncə" BK | 18 | 10 | 8 | +2 | 28 |
"Sərkərdə" BK | 18 | 8 | 10 | +2 | 26 |
"Atletik" BK | 17 | 9 | 8 | -2 | 26 |
"Sıçrayış" BK | 19 | 6 | 13 | -287 | 25 |
"80-lər" | 16 | 0 | 16 | -302 | 16 |