"Zirvə Astara" BK Çempion elan edildi.

 03.04.2020 - 16:06    368
Kateqoriya: ÇEMPİONAT
  • 03 Apr 2020
  • 16:06
  •  368

Əziz həmkarlar! Hörmətli basketbol ictimaiyyəti!
Bildiyiniz kimi Superliqanın fevral ayının 29-da keçirildiyi 20-ci turundan sonra Respublikada yaranmış gərgin epidemiyaloji vəziyyətə görə 27-ci Azərbaycan Çempionatının oyunlarında məcburi fasilə yarandı. Fasiləyə qədər "Zirvə Astara" BK 38 xal, "Atom" BK 34 xal, "Gəncə" BK isə 32 xal ilə Superliqanın 1-ci, 2-ci, 3-cü yerlərini bölüşdürürdülər.
Bununla yanaşı dünyada qlobal COVİD-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verdi. Eyni zamanda bir sıra Avropa ölkələrində (Polşa,Ukraina,Litva və s.)yerli çempionatlar dayandırılaraq qaliblər elan edildi.
Bununla əlaqədar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti aprelin 3-də virtual video-iclasa toplandı.İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmasına əsasən "Zirvə Astara"  klubu Azərbaycan Çempionu elan edildi.

Komandalar Oyun Qələbə Məğlubiyyət T/F Xallar
"Zirvə" BK 20 18 2 +327 38
"Atom" BK 20 14 6 +193 34
"Gəncə"BK 20 12 8 +17 32
"Xırdalan"  BK 20 10 10 +128 30
 "Sərkərdə"BK 19 9 10 +16 28
"Atletik" BK 19 9 10 -27 28
"Sıçrayış" BK 20 6 14 -301 26
"80-lər" 18 0 18 -353 18

ÇEMPİONAT